08:45 05-04-2021
news_image
79
FUTBOL

Koronavirus aşkarlandı – “Mançester Yunayted”in müdafiəçisində

“Mançester Yunayted”in bir futbolçusunda koronavirus aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib.

Çalışdırıcı bildirib ki, müdafiəçi Erik Bayi Fil Dişi Sahili millisinin heyətində olarkən virusa yoluxub və bu səbəbdən bir müddət komandaya kömək edə bilməyəcək. Bayinin testi pozitiv çıxdığı üçün 26 yaşlı oyunçu Premyer Liqanın XXX turunda “Brayton”la (2:1) görüşdə iştirak ərizəsində olmayıb.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 60 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşır.