09:37 05-04-2021
news_image
139
FUTBOL

Dünya çempionları qarşısında acizliyi – Ronaldonun

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya millisində kapitan Kriştianu Ronaldo qollarının sayını 103-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, Lüksemburqla matçda fərqlənərək iranlı Əli Dainin rekorduna bir addım da yaxınlaşan 36 yaşlı superulduz əsasən zəif rəqiblərlə qarşılaşmalarda fərqləndiyi üçün tənqid obyektinə çevrilib.

Statistikaya nəzər yetirdikdə tənqidlərin heç də əbəs yerə olmadığı görünür. Təkcə onu vurğulamaq lazımdır ki, Ronaldo dünya çempionu olmuş komandalarla görüşlərdə komandasına çox xeyir verə bilməyib. Təsadüfi deyil ki, indiyə qədər 8 komanda dünyanın ən yaxşısı olmağı bacarıb ki, Ronaldo onlardan yalnız ikisi ilə qarşılaşmada qol vura bilib. Bunlar Argentina və İspaniya yığmasıdır.

Hazırda “Yuventus”un şərəfini qoruyan qol “maşını” digər 6 dünya çempionu önündə aciz qalıb. Xüsusən də, 6 dəfə üz-üzə gəldiyi Fransanın qapısına yol tapa bilməməsini vurğulamaq olar.

Ronaldonun qol vura bilmədiyi dünya çempionları:
Fransa – 6 oyun
Almaniya – 4 oyun
Braziliya – 3 oyun
İngiltərə - 3 oyun
İtaliya – 2 oyun
Uruqvay – 1 oyun