09:48 05-04-2021
news_image
126
FUTBOL

Kolumbiyadan Solomon adalarına qədər – Azərbaycan Premyer Liqası kənarda

Böyükhesablı nəticələrin daha çox qeydə alındığı liqaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası dünyanın 72 liqası ilə bağlı araşdırmalarının nəticələrini dərc edib.

Azərbaycan Premyer Liqası siyahıdan kənarda qalıb. Üç və ya daha çox top fərqi daha çox Solomon adalarında qeydə alınıb. Burada oyunların 37,3 faizində darmadağın olub. Moldovada bu rəqəm 31,3, Avstriyada 23,5-ə bərabərdir.

Ən az böyükhesablı nəticə Kolumbiyada qeydə alınıb – 4 faiz. Hindistan və Burkina-Fasoda bu göstərici 5,3 faiz təşkil edir.

Qardaş Türkiyə Super Liqasında oyunların 13,2 faizi belə nəticə ilə bitib. Bu, ən çox darmadağın üzrə 36-cı nəticədir.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu rəqəm 11,9 faizdir. Çempionatın 84 matçından 10-u böyük hesabla bitib.