10:03 05-04-2021
news_image
63
FUTBOL

Ronaldo ilə yaşadığı xoşagəlməz hadisədən danışdı – almaniyalı futbolçu

“Atalanta”nın futbolçusu Robin Qosens “Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilə yaşadığı xoşagəlməz hadisədən bəhs edib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi portuqaliyalı superulduzun ona qarşı hörmətsizlik etdiyini söyləyib.

Sol cinah oyunçusu Ronaldodan forma istəsə də, qarşı tərəfdən rədd cavabı aldığını vurğulayıb: “Bir dəfə “Yuventus”la oyundan sonra Kriştianu Ronaldonun formasını almağı xəyal edirdim. Final fitindən sonra ona yaxınlaşaraq istəyimi çatdırdım. Ancaq Ronaldo razılaşmadı. “Kriştianu, formanı ala bilərəmmi”, sualıma üzümə baxmadan “xeyr” cavabını verdi. Həmin an qızardım, çox utandım. Özümü alçaldılmış hiss etdim. Ətrafa boylandım, bu xoşagəlməz anı kiminsə görüb-görmədiyinə baxdım. Bunu gizlətməyə çalışdım”.

Qeyd edək ki, “Atalanta” hazırda A seriyasında 3-cü, “Yuventus” isə 4-cü pillədə qərarlaşır.