11:25 05-04-2021
news_image
260
FUTBOL

Rekord və iki həsrət – “Neftçi”dən

Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarışın 8 iştirakçısının hər biri eyni rəqiblər artıq üç dəfə qarşılaşıb.

Dövrənin son turu “Neftçi”nin “Sumqayıt” sindromunun davamı ilə əlamətdar olub. Bakılılar üçüncü dəfə rəqibin qapısına yol tapa bilməyib. Ümumiyyətlə, cari mövsümdə yalnız iki cütdə tərəflərdən biri qola həsrətdir. Hər iki halda uğursuzluq yaşayan “Neftçi”dir.

Bir komandanın qol vurmadığı cütlər
“Neftçi” – “Zirə” – 0:1, 0:0, 0:1
“Neftçi” – “Sumqayıt” – 0:2, 0:0, 0:2

İki komandanın qapısına yol tapmayan “Neftçi” eyni rəqibə ən çox qol vuran komanda ünvanına da sahibdir. Ölkənin ən titullu komandası “Səbail”i 9 dəfə məyus edib. Üç cütdə isə bir komanda 8 qola sevinib. Bunlardan ikisi “Qarabağ”ın hesabındadır. “Zirə” – “Keşlə” cütü isə oyunlarında rekord sayda 13 top vurulması ilə diqqət çəkir.

Rəqiblərdən birinin ən azı 8 qol vurduğu cütlər
“Neftçi” – “Səbail” – 2:1, 3:1, 4:0
“Qarabağ” – “Neftçi” – 1:2, 6:0, 1:2
“Zirə” – “Keşlə” – 3:2, 3:1, 2:2
“Qarabağ” – “Sumqayıt” – 2:2, 6:1, 0:0 

Cari çempionatın 4 cütündə bir komanda rəqibinə üç dəfə qalib gəlib. Bunlardan üçü “Neftçi”nin, biri “Qarabağ”ın aktivindədir. “Abunəçilər” arasında fərqlənən “Sabah”dır. İddiaları ilə nəticələri uyğun gəlməyən bakılılar liderlərin ikisinə də 9 xal verib.

Bir komandanın 9 xal qazandığı cütlər
“Neftçi” – “Səbail” – 2:1, 3:1, 4:0
“Neftçi” – “Keşlə” – 1:0, 2:1, 3:1
“Neftçi” – “Sabah” – 1:0, 2:0, 2:1
“Qarabağ” – “Sabah” – 2:0, 2:1, 2:0