12:02 05-04-2021
news_image
98
FUTBOL

“Futbolçuları öldürürlər” - Qvardiola

“Onlar futbolçuları öldürürlər. Bu, artıq həddi keçməkdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis mövsümün həddən artıq sıx olmasını əsas gətirərək FİFA və UEFA-nı tənqid edib: “Mövsümün əvvəlindən bir həftə rahatlığımız olmayıb. Oyunçular da adamdır, maşın deyil. İstəyirəm ki, futbolçularım sağlam olsun. Bəziləri hər gün oynamaq istəyir, amma bütün yarışlarda qalib gəlmək mümkünsüzdür.