14:04 05-04-2021
news_image
236
FUTBOL

Məşqçi Lavalı təhqir etdi – “Neftçi”də xoşagəlməz hadisə

Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt”a gözlənilmədən məğlub olan (0:2) “Neftçi”nin düşərgəsində xoşagəlməz hadisə baş verib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, komandanın məşqçisi Seymur Rəhimov Yusuf Lavalı təhqir edib. 

Hadisə matçın ilk hissəsində yaşanıb.

Nigeriyalı yarımmüdafiəçinin epizodların birində yol verdiyi səhv Samir Abasovun köməkçisini özündən çıxarıb və onu bir neçə kəlmə ilə “bəzəyib”.

Hadisənin davamı paltardəyişmə otağında qeydə alınıb. Vəziyyəti belə görən baş məşqçi Lavalı Keysuke Honda ilə əvəzləməyi fürsət bilib.