14:17 05-04-2021
news_image
177
STOLÜSTÜ OYUNLAR

Yudit Polqarın komandasına daxil edildi - Azərbaycan şahmatçısı

Gənclər üçün təşkil olunacaq 5 mərhələdən ibarət onlayn şahmat turunun iştirakçıları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Julius Baer Challengers Chess Tour”da dünyanın 12 ölkəsindən 20 zəka sahibi iştirak edəcək.

Hər birində 10 iştirakçının yer aldığı iki komandaları Vladimir Kramniklə Yudit Polqar seçib. Azərbaycan təmsilçisi Günay Məmmədzadə də turnirdə qüvvəsini sınayacaq. O, Polqarın komandasına daxil edilib.

Qeyd edək ki, 100 min ABŞ dolları mükafat fonduna malik turnir aprelin 8-də başlayacaq.