16:07 05-04-2021
news_image
251
FUTBOL

“Real”ın La Liqa tarixindəki qolçuları - ADLAR

İspaniya La Liqasının XXIX turunda “Eybar”la matçda fərqlənən “Real”ın hücumçusu Kərim Benzema “kral klubu”nun heyətində çempionatdakı qolların sayını 187-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, fransalı forvard bununla Madrid təmsilçisi tarixinin ən məhsuldar futbolçuları sıralamasında 4-cü pilləyə yüksəlib.

Bu yazıda da “Real”ın heyətində La Liqa tarixində ən çox qol vuran 5 futbolçunu təqdim edəcəyik.

1. Kriştianu Ronaldo - 311 qol
“Real” tarixinin ən yaxşılarından olan portuqaliyalı orada 9 il keçirdi, 2 La Liqa, 4 Çempionlar Liqası və 3 Klublararası Dünya Çempionatı tituluna yiyələndi. “Real”ın heyətində 292 oyuna çıxan Ronaldo 311 qol, 96 məhsuldar ötürmə ilə yadda qaldı.

2. Raul Qonzales - 228 qol
“Real”ın aşağı yaş qrupunda gəlib kapitanlığına qədər yüksələn Raul 16 il bu formanı geyindi. Meydana çıxdığı 55 görüşdə 228 dəfə fərqləndi.

3. Alfredo Di Stefano - 216 qol
Adını futbol tarixinə yazdıran Di Stefano 1953-1964-cü illərdə şərəfini qoruduğu “kral klubu” ilə 8 dəfə La Liqanın, 1 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə Çempionlar Kubokunun, 1 dəfə isə Qitələrarası Kubokun qalibi oldu. O, bu müddətdə “Real”ın 216 qoluna imza atdı.

4. Kərim Benzema - 187 qol
Fransalı son qolu sayəsində klub tarixinin ən məhsuldar 4-cü futbolçusuna yüksəldi. 11 ildir “Real”ın formasını geyinən Benzema 387 liqa matçında 187 qol, 101 assistlə yadda qalıb.

5. Santilyana – 186 qol
1971-ci ildə “Real”a transfer olunan Santilyana 17 il bu komandanın qol yükünü daşıyıb. O, La Liqada 496 oyuna çıxıb, 186 dəfə fərqlənib.