00:10 07-04-2021
news_image
209
FUTBOL

Premyer Liqa tarixinin ən məhsuldar qolçuları – dəqiqə baxımından

Çoxları tərəfindən dünyanın ən güclü çempionatı sayılan İngiltərə Premyer Liqasında müntəzəm qol vurmaq hər hücumçunun işi deyil.

Apasport.az saytının məlumatına görə, bəzi forvardlar məhz qolçuluq bacarıqlarını bu liqada nümayiş etdirərək tarixə düşməyi bacarıb.

Bu dəfə Premyer Liqada ən çox qol vuran oyunçuları deyil, dəqiqə baxımından ən çox fərqlənən futbolçuları təqdim edəcəyik. Bu sarıdan ilk “10-luq”da qərarlaşan futbolçulardan 4-ü elə hazırda da Premyer Liqada çıxış edir.

1. Serxio Aquero
271 oyun, 19609 dəqiqə - 181 qol
108 dəqiqəyə 1 qol

2. Tyerri Anri
258 oyun, 21313 dəqiqə - 175 qol
122 dəqiqəyə 1 qol

3. Harri Keyn
237 oyun, 19582 dəqiqə - 160 qol
122 dəqiqəyə 1 qol

4. Rud van Nistelroy
149 oyun, 12179 dəqiqə - 95 qol
128 dəqiqəyə 1 qol

5. Məhəmməd Salah
149 oyun, 11935 dəqiqə - 92 qol
130 dəqiqəyə 1 qol

6. Luis Suares
110 oyun, 9577 dəqiqə - 69 qol
139 dəqiqəyə 1 qol

7. Robin van Persi
280 oyun, 20115 dəqiqə - 144 qol
140 dəqiqəyə 1 qol

8. Pyerr-Emerik Obameyanq
109 oyun, 8861 dəqiqə - 63 qol
141 dəqiqəyə 1 qol

9. Ernan Krespo
49 oyun, 2813 dəqiqə - 20 qol
141 dəqiqəyə 1 qol

10. Edin Dzeko
130 oyun, 7081 dəqiqə - 50 qol
142 dəqiqəyə 1 qol