16:46 05-04-2021
news_image
115
FUTBOL

Mövsümü başa vurdu – “Borussiya”nın hücumçusu

Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, gənc hücumçu Yussufa Mukoko sıradan çıxıb.

Almaniyanın U-21 yığmasının düşərgəsində olarkən məşq zamanı zədələnən 16 yaşlı forvardın tibbi müayinə zamanı ayaq bağlarından ciddi xəsarət aldığı və mövsümü vaxtından əvvəl başa vurduğu müəyyənləşib.

Qeyd edək ki, Yussufa Mukoko ötən ildən “Borussiya”nın əsas komandasına cəlb olunub.