17:13 05-04-2021
news_image
161
FUTBOL

“Fanatlar aldadılmışdı” - Ramos “Real”a keçidinin detallarını açıqladı

“Real”ın kapitanı Serxio Ramos “Amazon” tərəfindən onun haqqında çəkilən sənədli filmdə 2005-ci ildə “Sevilya”dan transferi barədə danışıb.

Apasport.az saytının məlumatına görə, həmin vaxt transfer məbləği 27 milyon avroya bərabər olan mərkəz müdafiəçisi əndəlüs təmsilçisinə qarşı hər zaman qəzəbli oynadığını etiraf edib.

35 yaşlı oyunçu bunu azarkeşlərə yanlış təqdim edilməsi ilə əsaslandırıb: “Ən böyük səhv heç nəyi izah etməmək idi. Başqalarının mənimlə bağlı hekayəni danışmasına icazə verirəm. “Real”a keçməyim klublar arasındakı razılaşmanın nəticəsi idi. Florentino Peres və Xose Mariya del Nido prezident idilər. Hər kəsin danışdığı kimi, kompensasiya ödənişi yox idi. Məlumatların yayılma tərzinə görə, azarkeşlər mənə qarşı əvvəlki kimi davranmırlar. Onlar aldadıldı və mənim üçün ağrılı bir an oldu. Sevdiklərimin çəkdikləri ağrıları heç vaxt unutmayacağam. İndi “Sevilya” stadionuna gələ bilmirlər. Buna görə vurduğum qollardan sonra belə bir qəzəblə davrandım. Bu, ailəmin keçdiyi hər şeyə bir reaksiya idi. Min dəfə “Real”a keçmək qərarını verərdim. Amma heç vaxt bu keçidin o vaxtkı kimi təqdim olunmasına icazə verməzdim”.

Qeyd edək ki, Serxio Ramosun “Real”la müqavilə müddəti mövsümün sonuna qədərdir.