23:14 05-04-2021
news_image
175
FUTBOL

Hücumçusunu göndərmək qərarına gəldi – “Milan”

“Milan” hücumçusu Mario Mandzukiçlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı forvard mövsümün sonunda “rossonyerlər”dən ayrılacaq.

A seriyası təmsilçisi yanvarda Mandzukiçlə 6 ay+1 illik müqavilə bağlamışdı. Lakin onun çıxışından narazı qalan klub nümayəndələri Paolo Maldini ilə Frederik Massara nəzərdə tutulan 1 illik sözləşmə maddəsini aktivləşdirməmək qərarına gəlib. Bu isə o deməkdir ki, 34 yaşlı oyunçu yayda azad agent statusu daşıyacaq.

Qeyd edək ki, “Milan”ın heyətində 5 oyunda ümumilikdə 158 dəqiqə meydanda qalan Mandzukiç qol hesabını açmayıb.