17:53 05-04-2021
news_image
190
FUTBOL

“Yuventus”a azad agent kimi keçə bilər - Hakan Çalhanoğlu

Türkiyə millisinin və İtaliya “Milan”ının futbolçusu Hakan Çalhanoğlu “Yuventus”a keçə bilər.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin rəhbərliyi yarımmüdafiəçini komandasında görməkdə maraqlıdır.

27 yaşlı türkiyəli bu ilin yayında azad agent kimi klubunu dəyişmək imkanına malikdir. “Milan”la bitəcək müqaviləni hələ də uzatmayan Hakan artıq yeni klubu ilə danışıqlar aparmaq hüququna da malikdir.

Qeyd edək ki, yarımmüdafiəçi ildə 5 milyon avro qazanmaq istəyir. “Milan” isə 4 milyondan artıq ödəmək fikrində deyil.