10:08 06-04-2021
news_image
2645
FUTBOL

Dünya futbolunun 10 “qadın ovçusu” – SİYAHI

Dünya futbolunun bir sıra ulduzları təkcə yaşıl meydanlarda deyil, qadınların qəlbinə yol tapmaqda ad çıxarıb.

Apasport.az saytının məlumatına görə, milyonlarla xanım fanatı olan, yüzlərlə qadını ovlayaraq toruna salan futbolçuların “onluğ”u açıqlanıb.

Rayan Giqqz
Uels millisinin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi nə qədər yaxşı futbolçu olsa da, heç cür ailəcanlı olmayıb. O, həyat yoldaşına fotomodel İmodejen Tomasla xəyanət edib. Sonradan Rayan qardaşı Rodrinin həyat yoldaşı ilə uzunmüddətli macəra yaşayıb.

Con Terri
İngiltərə Kazanovası hesab edilən müdafiəçi komanda yoldaşlarının xanımlarını tora salmaqla ad çıxarıb. Onlardan ən tanınmışı Ueyn Bricin həyat yoldaşı Vanessa Perronseldir.

Sten Kollimor
“Liverpul”un sabiq hücumçusunun karyerası məhz şəxsi həyatdakı qalmaqalların güdazına gedib. 1995-ci ildə rekord – 8,5 milyon funta alınan forvard Robbi Faulerlə möhtəşəm cütlük təşkil etməli idi. Klubun meneceri Roy Evansın da qızı daxil olmaqla daim gözəllərin əhatəsində yer alan futbolçunun başı da qalmaqallardan ayılmırdı.

Qarrinça
Braziliya futbolunun əfsanəsi 14 yaşından alkoqol içkilərə aludə olub. Müxtəlif qadınlarla münasibətdə olan cənubi amerikalının sevgililərinin sayını isə özü də itirib. Təkcə o bəllidir ki, onun 14 fərqli qadından 14 övladı qalıb.

Eşli Koul
Bu forvard qadınların pis oğlanları sevməsi faktının bariz nümunəsidir. İndi də əməllərindən çəkinməyən veteran daim İngiltərə mətbuatının gündəmində olub. Onun xanımı Şeril hər macəradan sonra onunla barışmağa yaxın olanda futbolçunun yeni məhəbbət atəşində yandığı üzə çıxırdı. Lakin 2010-cu ildə yoldaşı da bezərək ondan ayrılıb.

Corc Best
Ağlasığmaz istedad sahibi meydanda əsl dahi idi. O, təkcə futbol uğurları deyil, bəyəndiyi hər qadını fəth etməsi ilə öyünürdü. Qadınlarla yanaşı içkiyə də meyl etməsi onun karyerasını da, həyatını da məhvə sürükləyib.

Françesko Totti
Sanki qızların özü “Roma”nın rəmzinə çevrilən ulduzun boynuna sarılırdılar. Futbolçu da onların ürəyini qırmırdı. Forvard İlari Blazi ilə evlənəndən sonra da əməllərindən əl çəkməsə də, ailəsini də qorumağa nail olub.

Duayt York
Seks qalmaqalların iştirakçısı müğənni Keti Praysla nişanlandığı dövrdə model Alisiya Düvalla da eşq macərası yaşayıb. Giqqzin qardaşının yoldaşı Nataşa ilə də münasibəti olan Duayt qapıçı Mark Bosniçklə 4 qızla əyləndiklərini də videoya çəkib.

Antonio Kassano
Böyük perspektiv vəd edən ulduz temperament, seks sevgisi və düzgün qidalanmamağın qurbanı oldu. İtaliyalı sonradan qələmə aldığı kitabda yazmışdı ki, 600-700 qadınla yatıb.

Kriştiano Ronaldo
Ronaldonu milyonlarla qadının sevməsi sirr deyil. Onun rəfiqələrinin də siyahısı genişdir. Burada modellər, aktrisalar, aparıcılar, tanınmışlar çoxluq təşkil edir.