09:49 06-04-2021
news_image
225
TOKİO-2020

İştirakdan imtina etdi - Tokio-2020-də

KXDR Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı KXDR Milli Olimpiya Komitəsi verib.

Belə addımın atılmasına səbəb koronavirus pandemiyasıdır. İdmançılarının yoluxma təhlükəsi ilə üzləşmə riskini nəzərə alan koreyalılar yarışa qatılmaqdan imtina edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildən təxirə salınan Olimpiya Oyunları bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.