11:08 06-04-2021
news_image
227
FUTBOL

Slovakiya ilə oyun üçün heyətini açıqladı - yığmamız

Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiyaya yollanıb.

Apasport.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.

Joze Alesionun yetirmələri Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq. “Astrum Laus” otelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. 

Buna görə də Joze Alesio 3-ü qapıçı olmaqla, bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. 

Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

1

Rövşən Hüseynli

Araz-Naxçıvan

2

Emin Kürdov

EKOL

3

Cavad Məmmədov

Neftçi İK

4

Xətai Bağırov

Araz-Naxçıvan

5

Rizvan Fərzəliyev

Araz-Naxçıvan

6

Fineo De Araujo

Araz-Naxçıvan

7

İsa Atayev

Araz-Naxçıvan

8

Amir Şojaei

Araz-Naxçıvan

9

Ramiz Çovdarov

Araz-Naxçıvan

10

Tofiq Mikayılov

EKOL

11

Eduardo Borges

ACCSS FUTSAL (Fransa)

12

Everton Kardoso

Levante (İspaniya)