11:10 06-04-2021
news_image
158
FUTBOL

Prezidenti koronavirusa yoluxdu – “Fənərbaxça”nın

“Fənərbaxça”nın prezidenti Ali Koç koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, “sarı-lacivərdlilər”in rəhbərindən götürülən testin nəticəsi pozitiv çıxıb. Ali Koç karantin dönəmini evində keçirəcək, müayinə olunacaq.