14:30 06-04-2021
news_image
101
FUTBOL

Klubları cərimələdi - AFFA

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, komitə Premyer Liqanın XXI turunda keçirilən oyunlarda baş verən neqativ hallara hüquqi qiymət verib. 

“Səbail” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi 800 manat cərimə olunub. Qonaqlar isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib.

“Qəbələ” ilə görüşdə 4 futbolçusu sarı vərəqə alan "Sabah" 800 manat cərimə ödəyəcək. “Qəbələ”nin də 5 üzvü "sarı"ya qonaq olduğu üçün eyni məbləğdə cərimələnib.

“Neftçi” – “Sumqayıt” qarşılaşmasında isə “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.