00:36 07-04-2021
news_image
198
FUTBOL

Mino Rayolanın ən dəyərli futbolçuları – “11-lik”

Dünyanın ən yaxşı futbol meneceri sayılan Mino Rayola bir çox ulduz futbolçu ilə əməkdaşlıq edir.

Apasport.az saytının məlumatına görə, bu əməkdaşlıq ona milyonlar qazandırır.

İtaliyalı agent təkcə Pol Poqbanın 2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə transferindən 49 milyon, Mattiys de Liqtin “Ayaks”dan “Yuventus”a keçidindən isə 10 milyon avro təzminat qazanıb.

Rayolanın hazırda əlindəki ən böyük dəyər Erlinq Halanddır. Təsadüfi deyil ki, 54 yaşlı menecer Dortmund “Borussiya”sının hücumçusunun Avropa nəhənglərindən birinə transferi zamanı ən azı 20 milyon avro qazanc əldə etməyi planlaşdırır.

Mino Rayolanın menecerliyini etdiyi ən yaxşı futbolçulardan ibarət “11-lik”lə sizi tanış edirik. 3-5-2 sisteminə uyğun qurulan heyətdə hazırda karyerasını davam etdirən və transfer dəyəri ən yüksək olan oyunçular yer alır. 

Qapıçı: Canluici Donnarumma
Klubu: “Milan”
Transfer dəyəri: 60 milyon avro

Mərkəz müdafiəçisi: Mattiys de Liqt
Klubu: “Yuventus”
Transfer dəyəri: 75 milyon avro

Mərkəz müdafiəçisi: Stefan de Vriy
Klubu: “İnter”
Transfer dəyəri: 55 milyon avro

Mərkəz müdafiəçisi: Alessio Romanyoli
Klubu: “Milan”
Transfer dəyəri: 30 milyon avro

Orta sahə: Pol Poqba
Klubu: “Mançester Yunayted”
Transfer dəyəri: 60 milyon avro

Orta sahə: Marko Verratti
Klubu: PSJ
Transfer dəyəri: 60 milyon avro

Orta sahə: Rayan Qravenberx
Klubu: “Ayaks”
Transfer dəyəri: 28 milyon avro

Sağ cinah yarımmüdafiəçisi: İrvinq Lozano
Klubu: “Napoli”
Transfer dəyəri: 45 milyon avro

Sol cinah yarımmüdafiəçisi: Markus Türam
Klubu: “Borussiya”, Mönhenqladbax
Transfer dəyəri: 35 milyon avro

Hücumçu: Zlatan İbrahimoviç
Klubu: “Milan”
Transfer dəyəri: 5 milyon avro

Hücumçu: Erlinq Haland
Klubu: “Borussiya”, Dortmund
Transfer dəyəri: 110 milyon avro