15:32 06-04-2021
news_image
231
FUTBOL

Final mərhələlərinin bombardirləri – Avropa çempionatında

İki aydan sonra AVRO-2020 start götürəcək.

Apasport.az saytının məlumatına görə, qitənin 12 şəhərində təşkil olunacaq yarış ərəfəsində final mərhələlərinin ən yaxşı bombardirləri açıqlanıb.

Cədvələ hərəyə 9 qol vuran Mişel Platini və Kriştiano Ronaldo başçılıq edir. Sonuncu bu yay qol sayını artırmaqla yeni rekorda imza atmaq imkanına malikdir. Fransalı isə daha az oyun keçirməklə şərikindən daha yaxşı göstəriciyə malikdir. İlk “üçlüy”ü Alan Şirer qapayır.

Qeyd edək ki, 10 futbolçu altı və ya daha çox qol vurub.

1. Mişel Platini (Fransa) - 9 qol (5 oyun)


2. Kriştiano Ronaldo (Portuqaliya) – 9 (21)


3. Alan Şirer (İngiltərə) – 7 (9)


4. Antuan Qrizmann (Fransa) – 6 (7)


5. Ruud van Nistelroy (Niderland) – 6 (8)


6. Patrik Kluyvert (Niderland) – 6 (9)


7. Ueyn Runi (İngiltərə) – 6 (10)


8. Tyerri Anri (Fransa) – 6 (11)


9. Zlatan İbrahimoviç (İsveç) – 6 (13)


10. Nunu Qomeş (Portuqaliya) – 6 (14)