15:35 06-04-2021
news_image
339
FUTBOL

Rafael Varanı itirdi – “Real”

İspaniyanın “Real” klubu Çempionlar Liqasının bu gün keçiriləcək “Liverpul”la görüşü ərəfəsində ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Rafael Varanın xidmətindən məhrum olub.

Fransalı müdafiəçi koronavirusa yoluxub. Testi müsbət nəticələnən Varan 1/4 finalın ilk görüşündə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bərpa prosesi keçən Serxio Ramos da bugünkü qarşılaşmanı buraxacaq.