16:22 06-04-2021
news_image
398
FUTBOL

Tarixinin ən ağır məğlubiyyətləri – paytaxt klubunun

İngiltərə Premyer Liqasının XXX turunda “Çelsi”nin “Vest Bromviç”ə 2:5 hesablı məğlubiyyəti London klubunun azarkeşləri tərəfindən ciddi narazılıqla qarşılanıb.

Apasport.az saytının məlumatına görə, bu, “zadəganlar”ın heç də ən böyükhesablı yenilgisi deyil.

Hətta ən biabırçı məğlubiyyətlər cərgəsində də deyil. Britaniya mətbuatının araşdırmasına əsasən, “Çelsi”nin ən çox rüsvay olduğu oyunlar “Nottingem Forest” və “Lids”ə qarşı olub. Paytaxt təmsilçisi hər iki rəqibinə vaxtilə 7 cavabsız qolla yenilib.

“Çelsi” tarixinin ən böyükhesablı məğlubiyyətləri isə aşağıdakı kimidir:


1. “Nottingem Forest” – “Çelsi” - 7:0 (20 aprel 1991)


2. “Lids” – “Çelsi” – 7:0 (7 oktyabr 1967)


3. “Vulverhempton” – “Çelsi” – 7:1 (15 mart 1975)


4. “Mançester Siti” – “Çelsi” – 6:0 (10 fevral 2019)


5. “Kuinz Park Reyncers” – “Çelsi” – 6:0 (31 mart 1986)


6. “Nottingem Forest” – “Çelsi” – 6:0 (28 mart 1979)


7. “Everton” – “Çelsi” – 6:0 (29 aprel 1978)