17:06 06-04-2021
news_image
160
FUTBOL

“Liverpul”dan gedir – Keyta

İngiltərənin “Liverpul” klubunun futbolçusu Nabi Keyta yay transfer dövründə komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, qvineyalı yarımmüdafiəçi heyətdə möhkəmlənə bilmədiyindən klubdan ayrılmağa qərar verib.

Klub rəhbərliyi də daha çox oyun praktikası qazanmaq istəyən futbolçunun gedişinin əleyhinə deyil. “Liverpul” onu nisbətən münasib qiymətə satmağa razıdır. Keytanı transfer etməyə əsas namizəd digər Premyer Liqa klubu “Lester”dir.

Qeyd edək ki, afrikalı cari mövsümdə 15 matça çıxıb.