09:22 07-04-2021
news_image
63
FUTBOL

Klub tarixinin yeni bombardiri – Levandovskini keçdi

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”nin qonağı olan Dortmund “Borussiya”sı 1:2 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, almanların yeganə qolunun müəllifi olan Marko Roys klubun tarixinə düşüb.

“Borussiya”nın heyətində ÇL-dəki qollarının sayını 18-ə çatdıran 32 yaşlı yarımmüdafiəçi dortmundluların bu turnirdəki ən məhsuldar oyunçusu ünvanına yiyələnib. O, hazırda “Bavariya”da çıxış edən Robert Levandovskinin rekordunu yeniləyib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 14-də Dortmundda keçiriləcək.