10:03 07-04-2021
news_image
71
FUTBOL

“Onu istəyirəm” – Mourinyodan xahiş

İngiltərənin “Tottenhem” klubu fransalı yarımmüdafiəçi Kristofer Nkunkunun transferində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, Almaniyanın “Leypsiq” klubunun orta sahə oyunçusunun keçidini baş məşqçi Joze Mourinyo istəyir.

Portuqaliyalı mütəxəssis klub rəhbərliyindən israrla Nkunkunu almağı tələb edir. Lakin fransalı başqa klubların da maraq dairəsindədir. Onu “Arsenal”da heyətində görmək arzusundadır.

Qeyd edək ki, Nkunku cari mövsümdə “Leypsiq”də 32 oyun keçirib və 7 qol vurub. Onun Bundesliqa klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.