12:12 07-04-2021
news_image
103
FUTBOL

2 federasiyanın üzvlüyünü dayandırdı - FİFA

FİFA Çad və Pakistan Futbol Federasiyalarının üzvlüyünü dayandırıb.

Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu cəzalar fərqli səbəblərdən verilib. Çad futbolu ilə bağlı qərar hökumətin federasiyaya və futbola müdaxiləsi ilə əlaqələndirilib. FİFA bu barədə dəlilləri olduğu üçün belə addım atıb.

Pakistan Futbol Federasiyasının cəzalandırılmasının səbəbi isə üçüncü tərəfin quruma müdaxilə etməsidir. Bir müddət əvvəl bir qrup etirazçı tərəfindən federasiyanın binası ələ keçirilib.