22:01 07-04-2021
news_image
227
FUTBOL

İngilislərin qənimləri – avrokuboklarda

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Liverpul”la matçda dubl edən “Real”ın hücumçusu Vinisyus Junior avrokuboklarda ingilislərə qarşı het-trik etmək şansını qaçırıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı dünənki görüşdə daha bir qol vursaydı, son 20 ildə bunu bacaran 7-ci oyunçu olacaqdı.

Çempionlar liqasında 1992-ci ildən, Avropa Liqasında (AL) isə 2009-cu ildən bəri ingilislərə qarşı yalnız 6 futbolçu het-trik etməyə müvəffəq olub. Onlardan “Barselona”nın kapitanı Lionel Messi iki dəfə bunu reallaşdırıb. Siyahıda olan oyunçulardan ikisi pokerə də imza atıb ki, onlar Messi və Serge Qnabridir.

Son olaraq siyahıya Avropa Liqasının 1/8 final mərhələsində “Tottenhem”ləı matçda het-trik edərək Zaqreb “Dinamo”sunu növbəti mərhələyə daşıyan Miroslav Orsiç qoşulub.

“Liverpul” və “Çelsi”nin Çempionlar Liqasında, “Arsenal”la “Mançester Yunayted”in isə Avropa Liqasında oyunlarının qaldığını nəzərə alsaq, cari mövsüm siyahının bir qədər də uzanması istisna deyil.

İngilislərə qarşı het-trik edən futbolçular:

Ronaldo
Klubu: “Real”
Rəqibi: “Mançester Yunayted”
Mövsüm: ÇL-də 2002/03 mövsümü
Hesab: 3:4

Tuncay Şanlı
Klubu: “Fənərbaxça”
Rəqibi: “Mançester Yunayted”
Mövsüm: ÇL-də 2004/05 mövsümü
Hesab: 3:0

Lionel Messi
Klubu: “Barselona”
Rəqibi: “Arsenal”
Mövsüm: ÇL-də 2009/10 mövsümü
Hesab: 4:1 (poker)

Lionel Messi
Klubu: “Barselona”
Rəqibi: “Mançester Siti” 
Mövsüm: ÇL-də 2016/17 mövsümü
Hesab: 4:0

Serge Qnabri
Klubu: “Bavariya”
Rəqibi: “Tottenhem”
Mövsüm: ÇL-də 2019/20 mövsümü
Hesab: 7:2 (poker)

Conatan Kalyeri
Klubu: “Espanyol”
Rəqibi: “Vulverhempton”
Mövsüm: AL-də 2019/20 mövsümü
Hesab: 3:2

Miroslav Orsiç
Klubu: “Dinamo”, Zaqreb
Rəqibi: “Tottenhem”
Mövsüm: AL-də 2020/21 mövsümü
Hesab: 3:0