13:07 07-04-2021
news_image
124
FUTBOL

Yeni 2 illik müqavilə - “Mançester Siti”də

“Mançester Siti” yarımmüdafiəçisi Kevin De Bruyne ilə müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, belçikalı ulduz futbolçunun müqavilə müddəti iki illik uzadılıb. Yeni sazişə əsasən 30 yaşlı oyunçu 2025-ci ilə qədər “şəhərlilər”ə məxsus olacaq.

Qeyd edək ki, “Mançester Siti”yə 2015-ci ildə “Volfsburq”dan keçib.