00:44 08-04-2021
news_image
207
FUTBOL

Haland 4-cü, Koller sonuncu – “Borussiya”nın ÇL qolçuları

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Mançester Siti” ilə oyunda fərqlənən Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys klub tarixinin bu turnirdəki bombaridirinə çevrilib.

Apasport.az saytının məlumatına görə, indiyə qədər Bundesliqa təmsilçisinin cəmi 5 oyunçusu ən nüfuzlu klub turnirində 10 qol səddinə çata bilib.

Roys 18 qolla rekordu ələ keçiribsə, siyahıda 5-ci olan Yan Koller aktivinə 10 top yazdıra bilib. “5-lik”dəkilərdən yalnız Koller karyerasını bitirib. Hazırda 12 qolla 4-cü olan Erlinq Haland da “Borussiya”nın formasını geyinir. Digər iki oyunçu isə başqa klubda çıxış edir.

1. Marko Roys - 18 qol
2. Robert Levandovski - 17 qol
3. Pyerr-Emerik Obameyanq - 15 qol
4. Erlinq Haland - 12 qol
5. Yan Koller - 10 qol