15:00 07-04-2021
news_image
257
FUTBOL

125 əmsal, 3,4 milyon - futbolda ən böyük uduşlar

Futbol yarışları bütün zamanlarda insanları azart və gözlənilməzliyi ilə özünə cəlb edib.

Apasport.az saytının məlumatına görə, yarışların yaranması ilə kimin qələbə qazanacağı, mərmini uzağa atacağı, sürətlə qaçacağı ya öz sahəsində uduzacağı ilə bağlı mübahisələrin də əsası qoyulub.

Bu mübahisələr iki və ya qrup halında mərc gəlinməsi ilə yekunlaşırdı. Sonradan bu iş böyük kontorların həyata keçirdiyi xidmətə çevrildi. İndi milyonlarla insan bu qoyuluşlarda iştirak edir. Onlar arasında öz həyatına rəngarənglik gətirmək istəyən varlılar da, öz maliyyə durumunu göylərə yüksəltmək istəyən adi zəhmətkeş insanlar da var. Onların pul qoyuluşlarını bukmeker kontorları qəbul edir.

Futbola pul qoyuluşları isə elə bu idman növünün özü qədər geniş yayılıb. Elə bu üzdən də ən böyük uduşlar da futbolla bağlıdır. “Liverpul”un fanatı Adrian Heyvord 2006-cı ildə böyük vəsait – 25 min funt sterlinq qazanıb. Onun sözlərinə görə, yuxuda sevimli komandasının futbolçusu mərkəzdən rəqib qapısına qol vurub. Səhər Adrian tələsik 125 əmsala 200 funt pul qoyuluşu edib. Növbəti oyunda “Liverpul” 60 metrdən qol vuraraq fanatlarına sevinc bəxş edib. Özünü onlardan biri sayan xoşbəxt Adrianın sevinci isə ikiqat olub. Yalnız sonradan bu vəsaiti ödəməli olan bukmeker kontorunun əməkdaşları bu qoldan məmnun qalmayıb.

Üç il öncə keçirilən DÇ-2018-də də bir sıra uğurlu qoyuluşlar olub. Onlardan biri Fransa və Xorvatiya arasında görüşlə bağlı olub. 500 min rublluq qoyuluş edən şəxsin nəyə əsaslandığı bəlli deyil. Amma onun bəxti o qədər gətirib ki, 3,4 milyon əldə edib. Belə şeylər həyatda yalnız bir dəfə olur və insanın həyatını başdan ayağa dəyişir.

Amma Heyvord və digərləri böyük uduşlar əldə edən nə ilk, nə son xoşbəxtlərdir. Düzdür, böyük qazanclar milyonlarla olmayıb, təsadüfi uğurlar bir çoxlarını sevindirib. Təbii ki, uduzanlar daha çoxdur. Belə insanların sayı on, yüz minlərlə ölçülür. Burada əsas odur ki, birinci növbədə ağıllı, sonra bəxtli insan qalib gəlir.