Bakının “Keşlə” klubunun əsas heyətinin iki futbolçusunu ikinci komandaya göndərilib.
Apasport.az saytının məlumatına görə, bunlar veteran futbolçular Rail Məlikovla Ruslan Əmircanovdur.
Hər iki oyunçu I divizionun XX turunun bu gün keçirilən matçında “Keşlə-2”nin heyətində meydana çıxıb. Onlar çempionatın lideri “Turan Tovuz”la görüşdə paytaxt təmsilçisinə kömək etməlidir.
Əmircanov ikinci komandada kapitan kimi meydana çıxacaq. Hər iki futbolçu mövsümdə ilk dəfə I divizionda oynayır.