09:29 08-04-2021
news_image
198
FUTBOL

Ronaldo, yoxsa Messi? – 8 qat Olimpiya çempionunun seçimi

Yamaykalı sabiq atlet Useyn Bolt dünyanın ən yaxşı futbolçuları sayılan Kriştianu Ronaldo ilə Messi arasında seçim edib.

Apasport.az saytının məlumatına görə, 8 qat Olimpiya çempionu üstünlüyü portuqaliyalıya verib.

O, qərarını belə əsaslandırıb: “Argentinaya azarkeşlik etdiyim üçün seçim aparmaq çətindir. Amma eyni zamanda Ronaldonun böyük pərəstişkarıyam. Portuqaliyalını “Mançester Yunayted”də oynadığından bəri izləyirəm. Düşünürəm ki, onda olan bacarıq Messidən daha çoxdur. Çünki özünü bir çox liqada sübut edib. Bu səbəbdən Ronaldonu seçirəm”.

Qeyd edək ki, “Mançester Yunayted” azarkeşi olan Useyn Bolt bir müddət əvvəl bu komandada oynamaq arzusunu dilə gətirmişdi.