12:26 08-04-2021
news_image
77
FUTBOL

Transferlərdən ən çox qazananlar – son 10 ildə

Futbola böyük sərmayələr qoyulduqca futbolçuların transfer qiymətləri də artır.

Apasport.az saytının məlumatına görə, xüsusən də, nəhəng klublar özünü göstərən istənilən oyunçuya maraq göstərir, onun keçidi uğrunda mübarizə aparır.

Bu da həmin oyunçuları yetişdirən klubların büdcələrini zənginləşdirir. Son 10 ilə nəzər yetirdikdə əsasən Avropanın ikinci dərəcəli klubları oyunçu satışlarından böyük pullar qazanıblar.

İstər Azərbaycan, istərsə də bir çox klublara örnək olacaq həmin komandaların siyahısı müəyyənləşib. Son 10 ildə transferlərdən ən çox qazanc götürən 10 klub aşağıdakı kimidir:

1. “Benfika” - 622 milyon avro
Satdığı önəmli futbolçular: Joao Feliks, Ruben Dias, Ederson, Aksel Vitsel, Raul Ximenes

2. “Porto” - 379 milyon
Satdığı önəmli futbolçular: Eliakim Manqala, Hames Rodriges, Halk, Fabio Silva, Radamel Falkao, Cekson Martines, Eder Militao

3. “Ayaks” - 343 milyon
Satdığı önəmli futbolçular: Frenki de Yonq, Mattiys de Liqt

4. “Lill” - 265 milyon
Satdığı önəmli futbolçular: Nikolas Pepe, Viktor Osimhen, Eden Azar

5. “Zalsburq” - 245 milyon
Satdığı önəmli futbolçular: Nabi Keyta, Sadio Mane, Erlinq Haland

6. “Sportinq” - 238 milyon
Satdığı önəmli futbolçular: Bruno Fernandeş, Joao Mario, İslam Slimani, Adrien Silva, Gelson Martins, Rafinya

7. “Udineze” - 211 milyon
Satdığı önəmli futbolçular: Aleks Meret, Aleksis Sançes, Xuan Kuadrado, Kvadvo Asamoa, Gökhan İnlər

8. “Cenoa” - 189 milyon
Satdığı önəmli futbolçular: Kşiştof Pyontek, Kristian Romero, Stefan El-Şaravi, Covanni Simeone, Dieqo Laksalt, Pyetro Pelleqri, Domeniko Krişito

9. “Braqa” - 179 milyon
Satdığı önəmli futbolçular: Beto, Uro Viana, Eder, Ze Luis, Rafa Silva, Fransisko Trinkao

10. “Lion” - 172 milyon
Satdığı önəmli futbolçular: Tanqu Ndombele, Aleksander Lyakazett, Ferlan Mendi, Sorentin Tolisso, Samuel Umtiti