13:13 08-04-2021
news_image
729
FUTBOL

Kramarenko, Diniyev, Maldini, Şmeyxel... – “Neftçi”, “Barselona”, “Real”

Hər il dünyada yeni futbolçuların ulduzu parlayır.

Apasport.az saytının məlumatına görə, oyunu ilə milyonların sevimlisinə çevrilən oyunçuların isə heç də həmişə davamçıları olmur.

Elə simalar da var ki, onların ailələrində futbol nəsildən-nəslə keçir. Tarixdə bir çox məşhur futbolçular olub ki, oğulları ata peşəsini seçsə də, onun qədər tanınmış olmurlar. Ancaq eyni yolu seçənlər arasında məhz atasının vaxtilə formasını geyindiyi klubda çıxış edənlər olub.

Həmçinin Azərbaycanda da bu təsadüfə rast gəlmək mümkündür. Bir neçə oyunçu olub ki, vaxtilə atasının çıxış etdiyi klubun forması altında meydana çıxıb. Bu yazıda da həm dünyada, həm də Azərbaycanda həmin tanınmış simaları təqdim edirik:

Çezare Maldini - Paolo Maldini - Daniel Maldini: “Milan”
Periko Alonso - Mikel Alonso - Xabi Alonso: “Real Sosyedad”
Karles Buskets - Serxio Buskets: “Barselona”
Patrik Kluyvert - Custin Kluyvert: “Ayaks”
Peter Şmeyxel – Kasper Şmeyxel: “Mançester Siti”
Xuan Ramon Veron - Xuan Sebastyan Veron: “Estudiantes”
Arnor Qudyonsen - Eydur Qudyonsen: “Valur”
Enriko Kyeza - Federiko Kyeza: “Fiorentina”
Miçel Qonzales - Adrian Qonzales: “Real”
Andrea Sottil - Rikardo Sottil: “Fiorentina”
Sergey Kramarenko – Dmitri Kramarenko: “Neftçi”
Nizami Sadıqov – İlkin Sadıqov: “Turan”
Şahin Diniyev – Kərim Diniyev: “Kəpəz”
Əli Rəhmanov – Elçin Rəhmanov: “Neftçi”
Nazim Əliyev – Elgiz Kərəmli: “Qarabağ”
Kamran Nurəhmədov – Kamil Nurəhmədov: “Şahdağ”
Asif Əliyev – Vasif Əliyev: “Neftçi”