16:28 08-04-2021
news_image
115
FUTBOL

Komandası çempion olub, finala ev sahibliyi etməyən şəhərlər – ÇL-də

2005-ci ildəki unudulmaz “Liverpul” – “Milan” finalından sonra Çempionlar Liqasının (ÇL) finalı cari mövsümün sonunda ikinci dəfə İstanbulda keçiriləcək.

Apasport.az saytının məlumatına görə, şəhərdən fərqli oranı təmsil edən Türkiyə klubları heç vaxt bu turnirdə final üzü görməyiblər.

Ancaq elə klublar da var ki, onlarla bağlı hekayə tam tərsinədir. Bu yazıda da məhz təmsilçisi Çempionlar Liqasını qazanan, ancaq özü bu turnirə heç vaxt ev sahibliyi etməyən şəhərləri təqdim edəcəyik.

Liverpul
“Liverpul” klubu son üç mövsümdə iki dəfə Çempionlar Liqasının finalında iştirak edib. Turnir tarixində bu günə qədər 9 dəfə həlledici qarşılaşmaya çıxıblar. Komanda 6 dəfə kuboku muzeyinə aparsa da, Liverpul şəhəri bu turnirin finalına ev sahibliyi etməyib.

Torino
Turin təmsilçisi “Yuventus” düz 7 dəfə ÇL-in finalında uduzub və yalnız 2 dəfə qalib gəlib. UEFA bu günə qədər İtaliyadan yalnız Milan, Roma və Bari şəhərlərinə final qarşılaşmasını etibar edib.

Nottingem
Tarixində yalnız bir liqa çempionluğu olan “Nottingem Forest” əvəzində Çempionlar Kubokunu 2 dəfə qazanıb. Ancaq klubun təmsil etdiyi şəhər hələ heç bir avrokubokun finalına ev sahibliyi etməyib.

Porto
1995/96 mövsümündən etibarən Çempionlar Liqasını İtaliya, İspaniya və ya İngiltərə klubları qazanıb. Yalnız 2003/04 mövsümündə “Porto” bu tilsimi qırıb. Bu komanda 1986/87 mövsümündə də Çempionlar Kubokunda qızıl medallara layiq görülüb. Ancaq Porto şəhərindən fərqli Lissabon ötən mövsüm də daxil olmaqla 3 fərqli final görüşünün təşkilatçılığını edib.

Birmingem
Bu ad çəkildikdə ilk olaraq “Birmingem” klubu yada düşür. Ancaq bu şəhəri indiyə qədər finalda yalnız “Aston Villa” təmsil edib. Həmin komanda 1981/82 mövsümünün həlledici matçında “Bavariya”ya 1:0 hesabı ilə qalib gəlib.

Dortmund
“Borussiya”nın əzəli rəqibi olan “Şalke” Rur çayının digər sahilində yerləşən Gelzenkirhen təmsilçisidir. 2004-cü ildə Gelzenkirhendə final matçı keçirilib. Lakin “Borussiya” ÇL-də daha uğurlu çıxış etməsinə baxmayaraq, Dortmund final matçına tamaşa etməyib.

Hamburq
“Hamburq” hazırda Bundesliqa II-də yer alır. İndiyə qədər iki dəfə finalda iştirak edən komanda 1982/83 mövsümünün həlledici qarşılaşmasında “Yuventus”u üstələyib. Almaniya Çempionlar Liqasında ümumilikdə 8 dəfə final görüşünə ev sahibliyi edib. Ştutqart, Berlin, Münhen və Gelzenkirhen olduğu siyahıya Hamburq heç vaxt qoşulmayıb.

Eyndhoven
Niderland futbolu həmişə dünyanın maraqla izlədiyi məktəb olub. Ölkənin 3 klubu – “Ayaks”, PSV və “Feyenoord” kuboku qazanmağı bacarıb. Amma Amsterdam və Rotterdamdan fərqli Eyndhovendə final oyunu olmayıb.

Buxarest
Rumıniya təmsilçilərindən “Styaua” bir dəfə Avropanın ən yaxşısı olub. Amma əvəzində nəinki Buxarest, Rumıniyanın heç bir şəhəri ÇL-in finalını görməyib.