15:59 08-04-2021
news_image
81
FUTBOL

2 təklif - “Mançester Siti”dən

İngiltərənin “Mançester Siti” klubu iki futbolçusuna yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, bunlar Rahim Sterlinq və Fil Fodendir.

Klub rəhbərliyi hər iki futbolçuya daha yaxşı şərtlər təklif edib. Sterlinqin hazırkı müqaviləsi 2023-cü ildə başa çatacaq. Filin anlaşması bir il müddətinə artıqdır.

Qeyd edək ki, bir müddət öncə mançesterlilər Kevin de Breyne ilə müqaviləni uzadıb.