17:53 08-04-2021
news_image
450
FUTBOL

“Qarabağ”ı deyil, “Sumqayıt”ı seçsə... – yığmaya yolu açılacaq

“Qəbələ” daha bir yetirməsi ilə vidalaşa bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, müdafiəçi Rüfət Əhmədov Premyer Liqanın iki klubunun maraq dairəsindədir.

Konkret olaraq “Qarabağ” və “Sumqayıt” 19 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir. Maraqlıdır ki, son vaxtlar ən çox inkişafda olan futbolçulardan hesab edilən Əhmədovun gələcəyi AFFA-nın da diqqət mərkəzindədir.

Assosiasiya rəhbərliyi oyunçunun özünə yayda “Sumqayıt”a keçməyi təklif edib. U-21-in üzvünə bunun qarşılığında hətta əsas millidə çağırılmaq vədi də verilib.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 11 oyun keçirən Rüfət Əhmədov müdafiənin hər iki cinahında çıxış edə bilir.