Almaniyanın “Bavariya” klubu növbəti itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisinin iki futbolçusu Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununu buraxacaq.
Niklas Züle və Leon Qoretska zədə səbəbindən Parisdəki matça çıxmayacaq. Hər iki oyunçu Münhendə baş tutan ilk qarşılaşmada (2:3) zədələnərək ilk yarıda əvəzlənib. Zülenin 2-3 həftəlik sıradan çıxıb. İlk matçda Robert Levandovski və Serj Qnabri də eyni səbəbdən iştirak etməyib.
Qeyd edək ki, cavab görüşü aprelin 13-də keçiriləcək.