09:15 09-04-2021
news_image
109
FUTBOL

Kasemiro ilə eyni sırada – “Qəbələ”nin braziliyalısı

2020/21 mövsümündə Braziliyanın Avropadakı ən məhsuldar futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəl UEFA-ya üzv olan 55 ölkənin daxili çempionatına əsasən qurulub.

Azərbaycan Premyer Liqasında hazırda 6 braziliyalı oyunçu var ki, onlardan ən məhsuldarı “Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utriqdir. 25 yaşlı hücumameyilli futbolçu 5 qola imza atıb. Bununla o, 17-ci sırada özünə yer edə bilib. Utriq İspaniya La Liqasının ən məhsuldar braziliyalısı Kasemiro (“Real”) və “Ferensvaroş”un heyətində Macarıstan çempionatında eyni sayda qol vuran İsaellə 17-19-cu yerləri bölüşür. PSJ-nin ulduz futbolçusu Neymar onları cəmi bir qolla qabaqlayır.

Hazırda “sambaçılar”ın Avropadakı bombardiri “Bazel”in üzvü Artur Kabral və “Tvente”nin qolçusu Danilodur. Onlar müvafiq olaraq İsveçrə və Niderland çempionatında 14 qol vurublar. “Kalyari”nin hücumçusu Joao Pedro isə 13 topla ilk “üçlüy”ü qapayır.