İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford avrokuboklar mövsümündə 8-ci qoluna imza atıb.
Apasport.az saytının məlumatına görə, hücumçu Avropa Liqasının 1/4 final mərhələsinin “Qranada” ilə görüşündə (2:0) fərqlənib.
Markus qollarından 6-na Çempionlar Liqası, 2-nə Avropa Liqasında imza atıb. Bununla da Reşford klub tarixinin rekordunu təkrarlayıb.
Belə ki, “Mançester Yunayted”in heyətində avrokuboklarda mövsümə ən çox qol vuran futbolçu da eyni sayda fərqlənib. 2007/08 mövsümündə buna nail olan Kriştiano Ronaldo bütün qollarını Çempionlar Liqasında vurmuşdu.