10:02 09-04-2021
news_image
228
FUTBOL

“Real”dan ayrılacaq - Zidan

Zinəddin Zidan mövsümün sonunda “Real”dan ayrılmağı ciddi şəkildə düşünür.

Apasport.az saytının məlumatına görə, bu qərarın səbəbi kimi ağır mövsüm üzündən fransalı mütəxəssisin həm psixoloji, həm də fiziki yorğunluğu göstərilib.

Hazırda 48 yaşlı çalışdırıcının xidmətində “Yuventus” maraqlıdır. Turin təmsilçisi hətta onunla əlaqə saxlayaraq, niyyətini də çatdırıb. Zidanın komandası hazırda İspaniya La Liqasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır. “Kral klubu” eyni zamanda Çempionlar Liqasında yoluna davam edir.

Qeyd edək ki, bir neçə aylıq fasiləni nəzərə almasaq, Zidan 2016-cı ildən “Real”ı çalışdırır.