10:14 09-04-2021
news_image
111
FUTBOL

Sosial medianı boykot etdi – məşhur klub

“Reyncers” klubu maraqlı addımla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Şotlandiya təmsilçisi sosial medianı boykot etmək qərarına gəlib.

Əfsanəvi ingiltərəli Stiven Cerrardın baş məşqçisi olduğu klubu buna vadar edən səbəb son vaxtlar irqçiliklə bağlı xoşagəlməz hadisələrin artmasıdır. Rəhbərlik bir həftə bu boykotun davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Reyncers” bu mövsüm Şotlandiya Premyer Liqasının qalibi olub.