10:34 09-04-2021
news_image
385
AVRO-2020

Ronaldo rekordunu yeniləyəcək - AVRO-2020-yə doğru

Bu yay Bakı və Avropanın digər 11 şəhəri qitə çempionatının oyunlarını qəbul edəcək.

Apasport.az saytı AVRO-2020 ərəfəsində turnirin final mərhələlərində ən çox oyun keçirən futbolçuları təqdim edir.

Kriştiano Ronaldo (Portuqaliya) – 21
İki aydan sonra start götürəcək turnirə favoritlərdən biri kimi yollanacaq Portuqaliyanın kapitanı final mərhələlərinin mütləq rekordçusudur. Son qitə çempionatının qalibinin aktivində 21 matç var. Ronaldo qarşıdakı turnirdə bu göstəricisini daha da yaxşılaşdıraraq rekordçulardan uzaqlaşacaq.

Bastian Şvaynştayger (Almaniya) – 18
Ronaldodan fərqli, onun ən yaxın izləyicisi Avropa çempionu titulunu qazanmayıb. Karyerasını bir neçə il əvvəl başa vuran yarımmüdafiəçi üç dəfə mükafatçı olsa da, bunlardan biri gümüş, ikisi bürünc medaldır. 13 il əvvəl onun qızıl arzusu İspaniya ilə final matçında puç olub.

Canluici Buffon (İtaliya) – 17
Karyerasını davam etdirən veteran milli ilə bir müddət əvvəl vidalaşıb. Bu üzdən onun da irəliləmək şansı qalmayıb. 9 il öncə finalda İspaniyaya məğlubiyyət onun da çempionluq arzusunun üstündən xətt çəkib.