10:48 09-04-2021
news_image
107
FUTBOL

“Heç-heçəni yaxşı nəticə saymıram” – millimizin üzvü

“Bilirdik ki, oyun çətin keçəcək. Həm rəqibimiz güclü idi, həm də heyətimizdə itkilər var idi”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin oyunçusu Fineo de Arauxo Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə oyun barədə danışarkən deyib.

Səfərdə baş tutan qarşılaşmada 1:1 hesabı qeydə alınıb. Fineo görüşlə bağlı təəssüratlarını Azərbaycan Futzal Federasiyasının rəsmi saytına bölüşüb.

O, baş məşqçinin zədələr səbəbindən taktiki planda dəyişiklik etdiyini söyləyib: “Yaxşı oynadıq. Əsas odur ki, xal qazandıq. Əslində, heç-heçəni yaxşı nəticə saymıram. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Amma oyunun gedişində uduzursansa və sona cəmi 30 saniyə qalmış qol vurursansa, 1 xalı da qənimət saymaq olar”.

Fineo qaçırdığı qol şansı barədə də danışıb: “Matçın əvvəlində yaxşı epizod yaxalamışdım. Qol vurmağa yaxın idim. Dəqiq oynamaq istəyirdim, ancaq alınmadı. Qapıçı düzgün mövqe seçmişdi, həm də ötürmə etməyə çalışdım. Amma həmin anda qol vurmağı hamıdan çox özün istəyirsən”.