11:47 09-04-2021
news_image
136
FUTBOL

“Onu gətirin” – Ronaldodan xahiş

Braziliya millisinin və İspaniya “Real”ının futbolçusu Marselo karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı müdafiəçinin xidmətində “Yuventus” maraqlıdır.

Onun Turin təmsilçisinə keçidini Kriştiano Ronaldo istəyib. Ulduz futbolçu klub rəhbərliyindən “Real”dakı komanda yoldaşının gətirilməsini xahiş edib.

Qeyd edək ki, Marselonun “Real”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Lakin müdafiəçi anlaşmaya xitam verilməsini istəyir.