22:55 09-04-2021
news_image
214
FUTBOL

Səfərdə qarşısıalınmaz qolçu - Avropa nəhəngləri önündə

PSJ-nin hücumçusu Kilian Mbappe cəmi 22 yaşı olmasına baxmayaraq, Çempionlar Liqasında qollarının sayını artıq 27-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu son olaraq 1/4 final mərhələsində “Bavariya” ilə səfər görüşündə dubla imza ataraq, komandasına qələbə qazandırıb.

Fransa millisinin üzvünü bu turnirdə nəhəng klubların qənimi də saymaq olar. Baxaq görək, Mbappe 2017-ci ilə qədər oynadığı “Monako” və həmin vaxtdan formasını geyindiyi PSJ-nin heyətində hansı böyük klublara səfər matçlarında qol vurub.

“Bavariya”
Çempionlar Liqası, 2017/18 mövsümü
Hesab - 1:3
Qol sayı - 1
Çempionlar Liqası, 2020/21 mövsümü
Hesab - 3:2
Qol sayı - 2

“Barselona”
Çempionlar Liqası, 2020/21 mövsümü
Hesab - 4:1
Qol sayı - 3

“Real”
Çempionlar Liqası, 2019/20 mövsümü
Hesab - 2:2
Qol sayı - 1

“Mançester Yunayted”
Çempionlar Liqası, 2018/19 mövsümü
Hesab – 2:0
Qol sayı – 1

“Liverpul”
Çempionlar Liqası, 2018/19 mövsümü
Hesab – 2:3
Qol sayı – 1

“Yuventus”
Çempionlar Liqası, 2016/17 mövsümü
Hesab – 1:2
Qol sayı – 1

“Borussiya”, Dortmund
Çempionlar Liqası, 2016/17 mövsümü
Hesab – 3:2
Qol sayı – 2

“Mançester Siti”
Çempionlar Liqası, 2016/17 mövsümü
Hesab – 3:5
Qol sayı – 1