16:40 09-04-2021
news_image
326
FUTBOL

Türkiyə “25-lik”də, Azərbaycan kənarda - dünyanın ən dəyərli milliləri

Futbol üzrə milli komandaların dəyərləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sıralama yığmaların heyətindəki futbolçularının ümumi qiymətinə uyğun aparılıb.

İlk “25-liy”in açıqlandığı siyahıya Fransa başçılıq edir. “Üçrənglilər”in oyunçuların ümumi dəyəri 1 milyard 80 milyon avrodur. 1 milyardı keçən digər komanda isə ikinci pillədəki İngiltərə yığmasıdır. İlk “üçlüy”ü 951 milyon avro ilə Braziliya qapayıb.

Türkiyə millisi də “25-liy”ə düşüb. AVRO-2020-nin qrup oyunlarını Bakıda keçirəcək “ay-ulduzlular” 227,1 milyon avro ilə 22-ci sıradadır.

Siyahıya düşə bilməyən Azərbaycan millisinin ümumi dəyəri isə 15,8 milyon avrodur. Bu, yığmanın ötən ay keçirdiyi oyunlara dəvət alan futbolçuların ümumi qiymətinə görə formalaşıb.

1. Fransa: 1 milyard 80 milyon avro


2. İngiltərə: 1 milyard 10 milyon


3. Braziliya: 951 milyon


4. Almaniya: 942 milyon


5. İspaniya: 855 milyon


6. İtaliya: 825,5 milyon


7. Portuqaliya: 769 milyon


8. Belçika: 716 milyon


9. Argentina: 535,5 milyon


10. Niderland: 514,75 milyon


11. Uruqvay: 449,88 milyon
12. Xorvatiya: 350 milyon
13. Serbiya: 348,05 milyon
14. Kolumbiya: 307,73 milyon
15. Avstriya: 303,48 milyon
16. Danimarka: 300,3 milyon
17. İsveçrə: 264,3 milyon
18. Şotlandiya: 249,4 milyon
19. Norveç: 245,6 milyon
20. Fil Dişi Sahili: 245,58 milyon
21. Seneqal: 227,85 milyon
22. Türkiyə: 227,1 milyon
23. Mərakeş: 221,48 milyon
24. Polşa: 212,9 milyon
25. ABŞ: 208 milyon