17:24 09-04-2021
news_image
91
FUTBOL

100 milyon avro axtarır – “Yuventus”

İtaliyanın “Yuventus” klubunun maliyyə böhranından çıxması üçün zəruri olan vəsaitin məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi vəziyyəti düzəltmək üçün bu ilin yayında 100 milyon avro qazanmalıdır.

Buna son ölkə çempionunun 2020/21 mövsümünün ilk yarısında üzləşdiyi zərər səbəb olub. “Ağ-qaralar” 6 ay ərzində 113,7 milyon avro itirib.

“Yuventus” rəhbərliyinin lazım olan vəsaiti oyunçu satışından əldə edəcəyi gözlənilir. Hərçənd turinlilər bir müddət öncə “Mançester Yunayted”in Deyan Kuluşevskini almaq təklifini geri çevirib.