23:37 09-04-2021
news_image
327
FUTBOL

“Messi üçün son “El Klasiko” olmasını istəmirəm” - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının XXX turunda “Barselona” ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis rəqibin kapitanı Lionel Messi barədə söz sözlər işlədib.

O, argentinalının Kataloniya klubunda qalmasını arzuladığını dilə gətirib: “Bunun Messi üçün son “El Klasiko” olmasını istəmirəm. O, “Barselona”da qalsın. Orada özünü yaxşı hiss edir. Leonun qalması La Liqa üçün də yaxşı olar. Bu futbolçunun kim olduğunu yaxşı bilirik. Qol vurmaya bilər, amma yenə eyni oyunçu olaraq qalır. “Barselona”nın bütün futbolçuları çox yaxşıdır. Onların güclü cəhətlərini zərərsizləşdirməyə çalışacağıq”.

Qeyd edək ki, sabah keçiriləcək “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.